"LUKOIL-Azərbaycan" QSC
"LUKOIL-Azərbaycan" QSC

Rəhbərlik

Müəssisəyə "LUKOIL" Qrupunun strukturlarında böyük iş təcrübəsinə malik bir menecerlər komandası rəhbərlik edir. Rəhbərlərin yüksək peşəkarlığı dəfələrlə "LUKOIL" ASC-nin və Rusiya Federasiyasının Energetika Nazirliyinin fəxri fərmanları və təşəkkürnamələri ilə qeyd edilmişdir.

​"LUKOIL-Azərbaycan" QSC-nin Direktoru ​Zaur Cəlil oğlu Cəlilov

 

Doğum tarixi: 1981

Təhsil:

2001-ci il – Azərbaycan Dövlət Neft Akademiyası, "İqtisadi elmlər və beynəlxalq iqtisadi əlaqələr" ixtisası üzrə bakalavr.
2003-cü il – Azərbaycan Dövlət Neft Akademiyası, "İqtisadi elmlər və beynəlxalq iqtisadi əlaqələr" ixtisası üzrə magistratura.
2006-cı il – Milan Dövlət Universiteti, İtaliya Müdafiə Nazirliyinin Ali Müdafiə Təlimləri Mərkəzi, "Münaqişədən sonrakı sülhməramlı əməliyyatlar sahəsində beynəlxalq hərbi-strateji təlimlər" ixtisası.
Karyera:

2008-ci ildə İtaliyanın Genuya şəhərində "Bankero Kosta və Ko SPA" Tanker Daşımaları İdarəsində Broker olaraq neft sahəsində fəaliyyətə başlayıb.
2009-2012-ci illərdə Romada "LUKOIL Italia S.r.l." şirkətində təchizat və logistika üzrə mütəxəssis olaraq çalışıb.
2012-2016-cı illərdə "LUKOIL Italia S.r.l." şirkətində pərakəndə satış üzrə menecer vəzifəsində işləyib.
2016-2019-cu illərdə "LUKOIL Italia S.r.l." şirkətində kommersiya məsələləri üzrə menecer olub.
2019-cu ilin oktyabrından "LUKOIL-Azərbaycan" QSC-nin direktoru vəzifəsində çalışır.
Mükafatlar:

2016 – "LUKOIL" ASC-dən təşəkkürnamə
2019 – Rusiya Federasiyasının Energetika Nazirliyindən təşəkkürnamə
Xarici dillər: Azərbaycan, rus, italyan, ingilis və türk dillərini sərbəst bilir.