AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri, Zeynalabdin Tağıyev küçəsi, 13
"LUKOIL-Azərbaycan" QSC YDM-lərdə operator vakansiyasını elan edir.
“LUKOIL-Azərbaycan” QSC yanacaqdoldurma məntəqələrində (YDM) işçi heyətini artırır və namizədləri aşağıdakı vəzifələrə dəvət edir:
Satıcı-kassir
YDM №13 (Binəqədi r-nu, Moskva prospekti)
YDM №19 (Binəqədi r-nu, Azadlıq prospekti)
YDM №83 (Babək prospekti)
İstismar üzrə aparıcı mütəxəssis
İş rejimi və qrafiki:
Beşgünlük iş həftəsi, gündəlik iş vaxtının norması 8 saat, istirahət üçün 1 saat fasilə.
İş şəraiti:
-Əmək haqqı: 1200–1500 AZN məbləğində vəzifə maaşı
-Aylıq mükafat ödənişləri
-İllik məzuniyyətə əlavə ödəniş (vəzifə maaşı məbləğində)
-Tam sosial paket
-Könüllü tibbi sığorta
Vəzifə öhdəlikləri:
-Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işləməsini təmin edir.
-Müəssisənin aidiyyəti struktur bölmələrinin ölçmə vasitələrinə (ÖV) tələbatını müəyyən edir və onların alınmasını təşkil edir.
-Neft məhsullarının anbarlarında olan, qəbul edilən və ya yerdəyişməsi aparılan ölçmə vasitələrinin operativ uçotunu aparır.
-Ölçmə vasitələrinin yoxlanış (kalibrləmə) və/və ya təmir üçün çatdırılmasını təşkil edir, akkreditə olunmuş təşkilatlara müvafiq müraciətlər hazırlayır və göndərir.
-Yoxlanışa məruz qalacaq ÖV siyahılarını və qrafiklərini tərtib edir.
-Neft məhsullarının saxlanma çənlərinin rejimlərinə əməl olunması və ölçmələrin dəqiqliyinin təmin edilməsi məqsədilə ölçmə metodikalarının tətbiqinə nəzarət edir.
-Çənlərin, neft məhsulları kəmərlərinin kalibrlənməsi və ölçmə avadanlıqlarının metroloji göstəricilərinə nəzarət işlərini həyata keçirir.
-Texniki xidmət və metroloji xidmətlər üzrə müqavilələrin hazırlanmasında iştirak edir, onların razılaşdırılması, imzalanması və icrasını, həmçinin hesabat sənədlərinin təqdim olunmasını təşkil edir.
-Ölçmə vasitələrinə dair texniki sənədlərin və xidməti sənədlərin düzgün uçotunu, qorunmasını, həmçinin cəmiyyətdə müəyyən olunmuş qaydada kargüzarlığın aparılmasını təmin edir.
-Neft bazalarının texniki təchizat səviyyəsinin artırılması, avadanlıqların nasazlıqlarının qarşısının alınması, işlərin (xidmətlərin) görülməsi zamanı maddi və maliyyə xərclərinin azaldılması.
-Neft bazalarında pasportların, jurnalların və digər sənədlərin mövcud qanunvericiliyə uyğun şəkildə vaxtında və düzgün aparılmasına nəzarət edir.
-Qrafiklərə uyğun olaraq texniki xidmət və təmir işlərinin təhlükəsiz yerinə yetirilməsinin təşkilinə və nəzarətinə cavabdehdir.
-Neft bazası əməkdaşları tərəfindən texnoloji intizam və texniki təhlükəsizlik qaydalarının pozulmasını aşkar edir.
Tələblər:
-Ali texniki təhsil.
-Metrologiya və ölçmə texnikası sahəsində xüsusi hazırlıq və ixtisas üzrə azı 3 illik iş stajı.
-Metrologiya və standartlaşdırma üzrə ixtisasartırma.
-MS-Office, Outlook, 1C proqramlarını, həmçinin arayış sistemlərini və metroloji təminat sahəsində ixtisaslaşmış məlumat bazalarını bilmək.
-Neft bazası təsərrüfatı obyektlərinin və yanacaqdoldurma məntəqələrinin (YDM) texniki istismarı qaydalarını bilmək.
-YDM-lərdə neft məhsullarının qəbulu, saxlanması, buraxılması və uçotu qaydalarına dair tələbləri bilmək.
-YDM-lərdə satılan məhsullara aid standart və texniki şərtlərin tələblərini bilmək.
-Azərbaycan və rus dillərini bilmək.
Namizədlər üçün tələblər:
-Aktiv həyat mövqeyi
-Məsuliyyətlilik
-Ünsiyyətcillik
-Diqqətlilik
-Öyrənməyə meyllilik
-Stressə davamlılıq
-Dürüstlük
-Nəzakətlilik
-Komandada işləmək bacarığı
-Xidmət standartlarına, yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin qorunması qaydalarına riayət etmək

