Şirkət ətraf mühitin mühafizəsinə, işçilərin təhlükəsiz iş şəraitinin təmin edilməsinə, eləcə də LUKOIL-Azərbaycanın fəaliyyət göstərdiyi bölgədə yaşayan əhalinin və işçilərin sağlamlığının qorunmasına böyük diqqət yetirir.
Təşkilatda sənaye təhlükəsizliyi, əmək mühafizəsi və ətraf mühitin qorunması üzrə işçilərdən ibarət bir qrup yaradılmış və uğurla fəaliyyət göstərir. Onlar yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına cavabdehdirlər.
Şirkətin bütün obyektləri hər il Azərbaycan FHN-in nəzarət orqanları tərəfindən təhlükəsizlik sertifikatlaşdırmasından keçir.
Sənaye təhlükəsizliyinin təmin olunması sahəsində əsas tədbirlər arasında bütün işçilərin istehsalat və peşə risklərinin idarə edilməsinə və ekoloji aspektlərə cəlb olunması, habelə sənaye risklərinin keyfiyyətli və səmərəli idarə edilməsi daxildir.
Şirkətin bütün əməkdaşları mütəmadi olaraq fövqəladə və qeyri-adi vəziyyətlərdə hərəkət qaydaları üzrə təlimlərdən keçirlər.