"LUKOIL-Azərbaycan" QSC — Azərbaycanın neft məhsulları bazarında pərakəndə operatorlar arasında liderlərdən biridir. Müəssisə 1993-cü ildə yaradılıb və bu, "LUKOIL" ASC-ın dünyadakı ilk xarici layihəsidir. Təşkilat bölgədəki ən böyük avtomobil yanacaqdoldurma stansiyaları (YDM) şəbəkələrindən birinə malikdir.
"LUKOIL-Azərbaycan" QSC-ın əsas fəaliyyət istiqamətləri:
■ YDM şəbəkəsinin istismarı.
■ YDM və neft bazası vasitəsilə neft məhsullarının pərakəndə satışı.
■ Mühərrik yağlarının kiçik topdan satışı.
■ Öz YDM-lərinin tikintisi və istismarı.
■ Yanacaq olmayan mallar və xidmətlərin satışı.
Hazırda təşkilatda təxminən 500 işçi çalışır, satış şəbəkəsi 63 YDM və 1 neft bazasından ibarətdir, neft bazasının saxlama həcmi isə təxminən 6400 m³-dür.
Müəssisədə yüksək korporativ xidmət standartlarının qorunmasına, neft məhsullarının keyfiyyətinə və sənaye təhlükəsizliyinə xüsusi diqqət yetirilir. 2013-cü ilin aprel ayından etibarən "LUKOIL" YDM-lərində müasir mükəmməl xüsusiyyətləri olan brend avtomobil yanacağı EKTO-nun satışına başlanılıb.
Mükafatlar
-
2001-ci ildə-"İlin Ən Yaxşı Şirkəti"
-
2001-ci ildə-yeni minilliyin diplomu ilə yüksək texnologiyalar və keyfiyyət sahəsində əldə etdiyi uğurlara görə mükafatlandırılıb.
-
2006-cı ildə-"İlin Neft Şirkəti" adına layiq görülən fəxri diplom alıb.
-
2012-ci ildə-"İqtisadiyyata İnteqrasiya" nominasiyasında "Azərbaycan-Rusiya Ticarət-iqtisadi Münasibətləri" müsabiqəsinin qalibi olaraq "Proqress" fəxri diplomunu qazanıb.