"LUKOIL-Azərbaycan" QSC
"LUKOIL-Azərbaycan" QSC

Yanacaq Kartları

 

Korporativ müştəriləri əməkdaşlığa dəvət edirik.
"LUKOIL" yanacaq kartı — biznesin maliyyə xərclərini və yanacaq uçotu üçün sərf olunan vaxtı azaltmaq üçün müasir texnologiyadır. "LUKOIL" yanacaq kartı ilə avtomobilləri doldurmaq rahat və sərfəlidir.

Hörmətli müştərilər!

"LUKOIL-Azərbaycan" QSC tərəfindən yanacaq kartları ilə neft məhsullarının satışı xidmətlərinin təkmilləşdirilməsi məqsədilə 10 avqust 2026-cı il tarixindən etibarən yeni nümunəli yanacaq kartları ilə neft məhsullarının satışına keçid həyata keçiriləcəkdir.

Bu məqsədlə, 31 iyul 2026-cı il tarixindən başlayaraq mövcud yanacaq kartlarınızı ödənişsiz olaraq yeni nümunəli kartlarla əvəz edə bilərsiniz.

Kartların verilmə ünvanı:

Bakı şəhəri, Səbail rayonu, Z. Tağıyev küçəsi, 13 (1-ci mərtəbə, 102-ci otaq)

İş vaxtı:

Hər gün (şənbə və bazar günləri daxil olmaqla) 09:00 – 18:00

Kartı təhvil almaq üçün aşağıdakı sənədləri təqdim etməyiniz vacibdir:

* Şəxsiyyət vəsiqəsi;

* İstənilən formada tərtib edilmiş etibarnamə (notariat qaydasında təsdiqlənməsi tələb olunmur).

Diqqətinizə çatdırırıq ki, 10 avqust 2026-cı il tarixindən etibarən neft məhsullarının satışı yalnız yeni nümunəli yanacaq kartları vasitəsilə həyata keçiriləcəkdir. Köhnə yanacaq kartları həmin tarixdən etibarən etibarsız olacaqdır.

Yanacaq təminatında fasilələrin yaranmaması üçün kartlarınızı vaxtında dəyişdirməyinizi xahiş edirik.

Əlavə məlumat üçün:

Tel.: (+994 12) 497 41 90

AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri, Zeynalabdin Tağıyev küçəsi, 13