"LUKOIL-Azərbaycan" QSC
"LUKOIL-Azərbaycan" QSC

Yanacaq

2013-cü ildə "LUKOIL-Azərbaycan" ölkənin yanacaq bazarında ilk dəfə təkmilləşdirilmiş istismar xüsusiyyətlərinə malik EKTO avtomobil yanacağının satışına başladı. EKTO yanacağı respublikada müəyyən edilmiş standart tələblərinə cavab verir.

Yanacağın tərkibində olan balanslaşdırılmış qatqı paketləri mühərriki qorumağa və işlənmiş qazlardakı zərərli maddələrin miqdarını azaltmağa imkan verir. "LUKOIL" məhsul xəttindəki hər bir benzin növü özünəməxsus xüsusiyyətlərə malikdir və müxtəlif markalı minik və yük avtomobilləri üçün uyğundur.

EKTO Aİ92 — "LUKOIL" şirkətinin təkmilləşdirilmiş istismar xüsusiyyətlərinə malik olan brend yanacağıdır. Yanacaq, Afton Chemical HITEC 6430L çoxfunksiyalı qatqı paketinin əlavə edilməsi ilə hazırlanır. Bu qatqının komponentləri təmizləyici və antikorroziya təsirinə malikdir və yanacağın effektiv yanmasını təmin edir. Bu, avtomobil sahiblərinə bir sıra əlavə üstünlüklər verir, məsələn: yanacaq sərfiyyatının azalması, mühərrikin və yanacaq çəninin korroziyasının azaldılması, mühərrikin gücünün artırılması, soyuq startın yaxşılaşdırılması, mühərrikin ömrünün uzadılması, keyfiyyətli işə salınma və sürətli iş rejiminə keçidin təmin edilməsi.

EKTO Dizel — "LUKOIL" şirkətinin təkmilləşdirilmiş istismar xüsusiyyətlərinə malik brend yanacağıdır. Yanacaq, Afton Chemical HITEC 46000 çoxfunksiyalı qatqı paketinin əlavə edilməsi ilə hazırlanır. Bu qatqının komponentləri təmizləyici və antikorroziya təsirinə malikdir, yanacağın effektiv yanmasını təmin edir. Bu isə avtomobil sahiblərinə bir sıra əlavə üstünlüklər verir, məsələn: yanacaq sərfiyyatının azalması, mühərrik və yanacaq çəninin korroziyadan qorunması, gücün artırılması, soyuq startın yaxşılaşdırılması, mühərrikin ömrünün uzadılması və iş rejiminə sürətli keçid.